Qaxda 10 kq narkotik vasitə dövriyyədən çıxarılıb, 5 nəfər tutulub - FOTO

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib və ümumilikdə 10 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən ilk əməliyyat zamanı dostlar- rayon sakini Süleyman Muradov və Zaqatala sakini, əvvəllər də məhkum olunmuş Fariz Kərimov saxlanılıb.
Həmin şəxslərin üzərilərində daşıdığı kisəyə baxış keçirilən zaman 8 kiloqramdan artıq qurudulmuş marixuana aşkarlanıb. Araşdırma zamanı saxlanılan şəxslərin narkotik vasitəni satmaq və əldə etdikləri qazancı öz aralarında bölmək niyyətində olduqları müəyyən edilib.
Şöbənin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri növbəti əməliyyat nəticəsində Zaqatala şəhər sakini Xalis Rəcəbov tutulub. Taksi fəaliyyəti ilə məşğul olan həmin şəxsin istifadəsində olan “VAZ-21011” markalı avtomobilə baxış keçirilən zaman nəqliyyat vasitəsindən yarım kiloqrama yaxın marixuana aşkarlanıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə daha 2 nəfər - Abdul Tağızadə və Elvin Abbasov saxlanılıb. Abdul Tağızadənin üzərinə keçirilən baxış zamanı 12 qram, eləcə də rayon ərazisindəki avtomobil yolunun kənarında gizlətdiyi 335 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Elvin Abbasovun üzərində daşıdığı sellofan torbadan isə 425 qram marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin digər hüquqazidd əməllərdə iştiraklarının olub-olmaması araşdırılır.
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO













