Qaxda 30 yaşlı kişi bıçaqlanıb - YENİLƏNİB

Qaxda baş verən bıçaqlanma ilə bağlı bəzi təfərruatlar məlum olub.
APA-nın məlumatına görə, hadisə rayon ərazisində fəaliyyət göstərən kafelərin birində olub. Kafedə müştəri olan Sahib Muxtarovla kafenin işlədən arasında mübahisə baş verib. Mübahisə zamanı kafeni işlədən şəxs Sahib Muxtarovu qarın boşluğundan bıçaqlayıb. Bıçaq Sahib Muxtarovun qaraciyərini zədələyib. Hazırda kafeni işlədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirilir.
23:10
Qaxda bıçaqlanmış 30 yaşlı kişinin vəziyyəti ağırdır.
Avtosfer.az-ın məlumatına görə, saat 20 radələrində rayonun Əmbərçay kənd sakini, 1992-ci il təvəllüdlü Sahib Tofiq oğlu Muxtarov bıçaq yarası xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı S. Muxtarovun üzərində təcili əməliyyat keçirilməsi qərarı verilib, hazırda cərrahiyyə əməliyyatı aparılır. Hadisə ilə bağlı Qax rayon Polis Şöbəsində təhqiqat başlanılıb. S. Muxtarovun hansı şəraitdə və kim tərəfindən bıçaqlanması araşdırılır.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












