Avtomobillərdən oğurluğa görə 2 nəfər saxlanıldı, biri azyaşlıdır - FOTO - VİDEO

Sentyabr ayı ərzində Qax şəhərində ayrı-ayrı şəxslərə məxsus avtomobillərdən silsilə oğurluqlar edilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən rayonun Qaxbaş kənd sakini – Aqşin Səfərli və onunla əlbir olan yetkinlik yaşına çatmayan şəxs tutularaq istintaqa təqdim ediliblər.
Araşdırma zamanı onların gecə saatlarında avtomobillərə daxil olaraq əsasən maqnitofon və səsgücləndiriciləri oğurladıqları məlum olub. Qeyd edək ki, saxlanılan şəxslər oğurluğa A.Səfərliyə məxsus “VAZ-21015” markalı nəqliyyat vasitəsi ilə gediblər. Saxlanılan zaman həmin avtomobilin yük yerindən oğurluq yolla əldə etdikləri əşyaların bir qismi maddi sübut kimi aşkar olunaraq götürülüb. Hər iki şəxs ifadəsində törətdikləri cinayəti etiraf ediblər.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO















