Qaydaları pozan gəmi istifadəçisi cərimələndi - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçiləri tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmasının müəyyən edilməsi məqsədilə nəzarət tədbirlərini davam etdirir.
Avtoser.az xəbər verir ki, bu barədə FHN-in məlumatında bildirilib.
Qeyd olunub ki, bu çərçivədə, Kür çayının Mingəçevir və Şirvan şəhərlərinin ərazisindən keçən hissəsində nəzarət tədbirləri zamanı ümumilikdə 7 qayıq saxlanılaraq, həmin nəqliyyat vasitələrinin texniki və qeydiyyat sənədləri, təchizat və xilasetmə vasitələri, həmçinin kiçikhəcmli gəmi sürücülərinin sürücülük vəsiqələri yoxlanılıb.
Kiçikhəcmli gəmilərin təhlükəsiz istismar qaydalarının müvafiq tələblərini - sürücülük hüququ olmadan kiçikhəcmli gəmilərin istismarı, illik texniki baxışdan keçmədən nəqliyyat vasitəsinin istismarı, xilasetmə və digər təchizat avadanlıqları olmadan qayıqlardan istifadə qaydalarını pozan kiçikhəcmli gəmi istifadəçisi, Şirvan şəhər sakini Əliyev Rafiq Gülbala oğlu inzibati məsuliyyətə cəlb olunaraq barəsində protokol tərtib edilib və qayıq müvəqqəti saxlanca yerləşdirilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












