Qaydanı pozan başqası, avtomobil sahibi əziyyət çəkir - 600 manatı kim ödəməlidir?

Bakı şəhəri Binəqədi rayonu sakini Rauf Quliyev çıxılmaz vəziyyətdə qalıb. Avtosfer.az-a müraciət edən vətəndaş deyir ki, ona məxsus olan 90-SK-142 dövlət nömrə nişanlı, “Mersedes C klass” markalı müvəqqəti etibarnamə əsasında idarə etmək üçün Xəzər Hacızadə adlı şəxsə verib. Həmçinin 99-HE-625 dövlət nömrə nişanlı, “Mersedes C klass” markalı avtomobili isə Əlimusa Zamanova eyni qaydada verib. Həmin avtomobillər sözügedən şəxslər tərəfindən idarə olunarkən qayda pozduqları üçün sürücülərə müxtəlif cərimələr tətbiq olunub. Hətta Əlimusa Zamanov etibarnamədə “digər şəxsə verilə bilməz” işarəsi olmağına baxmayaraq avtomobili Qönçə Ağayeva adlı şəxsə sürmək üçün verib. Nəticədə avtomobilləri idarə edən şəxslər törətdiyi inzibati xətalar nəticəsində 600 manata qədər cərimələniblər. Cərimələr həmin şəxslərin adına vurulsa da onlar cərimələri ödəmir və nəticədə avtomobillərə həbs qoyulub. Hazırda etibarnamələri ləğv edib avtmobilləri geri alsa da, vətəndaş nə onları idarə edə, nə də sata bilir.
Cərimələnən şəxslər rahat şəkildə başqa maşınlar sürür, sanki məsələyə aidiyyatı olmayan kimi davranırlar. Onlara cərimələri ödətdirmək mexanizmi isə sadəcə, yoxdur. Nəticədə isə avtomobilin sahibi əziyyət çəkir. Azərbaycan Konstitusiyasında da qeyd olunub ki, heç kəs törətmədiyi əmələ görə məsiliyyət daşımamalıdır. Bəs belə problemlə üzləşdikdə vətəndaş nə etməlidir? Vəziyyətdən çıxmaq üçün hansı hüquqları var?
Hüquqşünas Ərşad Hüseynov problemin iki variantda həllinin olduğunu qeyd edib. "Birincisi, bu insanlarla danışmaq və izah etmək lazımdır ki, cərimələri ödəsinlər. Çünki həmin cərimələr 3 ay ərzində ödənməsə həmin şəxslərin sürücülük hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilər. Belə ki, iki aydan sonra avtomobilin saxlanması ilə bağlı yol polisi tərəfindən qərar qəbul olunur. Avtomobillərin sahibi bir ay həmin maşınları istifadə etmir. Üçüncü aydan sonra inzibati xətanı törədən şəxslər DYP-ə dəvət olunaraq sürücülük hüququ məhdudlaşdırılır. Bunu izah etmək lazımdır.
Əgər həmin şəxslər bununla razılaşmasa avtomobilin sahibi cərimələri onların əvəzindən ödəyir və problemlər həll olunur. Daha sonra həmin şəxslərə qarşı mülki qaydada iddia qaldırır. Bu zaman ödəniş qəbzlərini saxlamaq lazımdır. Hətta vəkil də tutub ona pul ödəyərəsə həmin pulları da inzibati xətanı törədən şəxslərdən tələb edə bilər. Belə iddia isə məhkəmədə təmin olunur. Yəni hər iki halda şəxs öz hüquqlarını müdafiə etmək imkanına malikdir."
Orxan
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












