Qazaxıstan AZAL pilotları ilə dispetçer arasındakı danışığın stenoqramını şərh etməyəcək

"AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasını araşdıran komissiya internetdə yayılmış və heç bir rəsmi mənbəyə malik olmayan məlumatları şərh etməyəcək".
Avtosfer.az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatında deyilir.
"Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyinin aviaqəzanı araşdıran komissiyası hadisənin səbəblərini müəyyən etmək üçün işlərini davam etdirir. Komissiya ilkin hesabat dərc olunana qədər heç bir rəsmi mənbəyə malik olmayan və yalnız internetdə yayılmış məlumatları şərh etməyəcək".
Qeyd edək ki, ötən gün "Baza" "Telegram" kanalında AZAL-ın pilotları ilə Qroznıda dispetçer arasında danışıqların stenoqramı dərc olunub. Ancaq bu stenoqramın həqiqiliyini sübuta yetirən heç bir rəsmi dəlil təqdim edilməyib.
Xatırladaq ki, dekabrın 25-i səhər "Azerbaijan Airlines" (AZAL) QSC-yə məxsus Bakı-Qroznı J2-8243 nömrəli reysi həyata keçirən "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beş nəfər ekipaj üzvü daxil olmaqla 67 nəfər (42 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub. Son məlumatlara görə, qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Həlak olanlar arasında hər iki pilot daxil olmaqla üç ekipaj üzvü var.
Qeyd edək ki, qəzadan sonra Prezident İlham Əliyevin tapşırığı ilə hadisənin səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə dövlət komissiyası yaradılıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












