Qazaxıstan və Azərbaycan nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir - FOTO

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov işgüzar səfərlə “Xorqos” Sərhədyanı Əməkdaşlıq üzrə Beynəlxalq Mərkəzdə olub.
Avtosfer.az "AZƏRTAC"a istinadən xəbər verir ki, bu layihə “NURLI YOL” («НҰРЛЫ ЖОЛ») yeni iqtisadi siyasət və “Bir kəmər, bir yol” strategiyası çərçivəsində həyata keçirilir.
“Xorqos” Qazaxıstan və Çinin sərhəd zonasında yerləşən və ticarət, iqtisadiyyat, investisiya və turizmin inkişafı sahələrində əməkdaşlığı özündə birləşdirən kompleksdir.
Səfər zamanı A.Atamoğlanov “Xorqos” Beynəlxalq Mərkəzinin İdarə Heyətinin sədri Nurjan Sultanaliyev ilə görüşüb, mərkəzin fəaliyyəti, logistika və tranzit imkanları ilə tanış olub.
Səfir Beynəlxalq Mərkəzin potensialını yüksək qiymətləndirib və Azərbaycanla Qazaxıstan arasında tranzit-nəqliyyat sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin strateji əhəmiyyətini vurğulayıb.
Diplomat Azərbaycanın Orta Dəhlizin reallaşdırılmasındakı rolundan, dəhlizin inkişafına yönəlmiş infrastruktur layihələrindən, avtomobil və dəmir yollarının tikintisi və yenidən qurulması istiqamətində görülən işlərdən danışıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident













