Qəbələdə narkotikə görə 2 nəfər saxlanılıb - FOTO

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı Qəbələ şəhər sakini, əvvəllər də narkotiklərin dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Ülfət Bağırov saxlanılıb. Saxlanılan şəxsin üzərinə və yaşadığı ünvana baxış keçirilərkən sellofan torbalarda qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə rayon sakini, əvvəllər də məhkum olunmuş İlqar Nəsirov şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən də qurudulmuş marixuana aşkarlanıb.
Faktlarla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO















