Qənirə Paşayevanın səhhəti üzrə daha bir konsilium oldu

Mehriban Əliyevanın tapşırığı ilə millət vəkilinin səhhəti üzrə daha bir konsilium olub.
Avtosfer.az xəbər verir ki, səhhətində yaranan problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən millət vəkili Qənirə Paşayevanın reanimasiya şöbəsində müalicəsi davam edir.
Millət vəkilinin səhhəti ilə bağlı məsələlər ilk gündən Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir. Heydər Əliyev Fondunun əməkdaşları Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Mehriban Əliyevanın tapşırığı ilə Türkiyədən konsultasiyaya cəlb edilmiş həkim mütəxəssisləri ilə daim əlaqədədir. Bakıya dəvət edilmiş türkiyəli həkimlə yanaşı, mütəmadi olaraq qardaş ölkədə olan digər həkimlərlə də video bağlantı formatında məsləhətləşmələr aparılır.
Növbəti konsilium zamanı Qənirə Paşayevanın səhhəti ilə bağlı vəziyyət bir daha dəyərləndirilmişdir. Mərkəzi Klinik Xəstəxananın reanimasiya şəraitində tələb olunan müalicə protokollarına yeni dərmanlar da təyin edilib.
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR










