Qəpik pullar avtobuslarda niyə qəbul olunmur? - VİDEO

Gəncə sakini maraqlı problemlə üz-üzə qalıb. O, müntəzəm olaraq istifadə etdiyi marşrut avtobuslara ödənişi 5 qəpikliklərlə etdiyini, sürüclərin isə bu xırda pulları götürmədiyini bildirir. Vəziyyət hətta o həddə çatıb ki, bəzi sürücülər ona maşın saxlamır.
Bazarda xırda ticarətlə məşğul olduğundan cibində həmişə kiçik nominallı qəpiklər olur. Bu pulları ictimai nəqliyyatda yol pulu kimi ödəmək istədikdə isə problemlə üzləşir. Gəncə sakini Bəxtin Qədirzadə deyir ki, cibində çox vaxt 3 və 5 qəpikliklər olur. Avtobusda ödənişı həmin qəpiklərlə etmək istədikdə isə sürücülərlə arasında problem yaşanır. Bu məsələ Bəxtin üçün artıq ciddi çətinlik yaradır. Bəzi sürücülərlə bu məsələyə görə arasında ciddi narazılıq da olub. Avtobus sürücüləri isə məsələ ilə bağlı deyirlər ki, qəpikləri ona görə qəbul etmirlər ki, sonra sərnişinlər də bu pulları götürmür. Bəzi sürüclər isə xırda pulları qəbul etdiklərini sonra isə marketlərdə böyük nominallara dəyişdiklərinin bildirirlər.
Gəncə avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarəsindən bildirilib ki,sürücülərin belə hərəkətləri yol verilməzdir.Deyilən fakt aşkarlanarsa sürücü işindən uzaqlaşdırıla bilər.
İdarə rəsmisi bildirib ki,bu barədə sürücülərlə söhbətlər aparılacaq.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










