Qəzzaya humanitar yardım daşıyan ilk beş yük maşını buraxılıb

BMT-nin humanitar yardım daşıyan beş yük maşını Kerem Şalom nəzarət-buraxılış məntəqəsindən Qəzza zolağına buraxılıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində İsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyəti üzrə koordinatorunun ofisi məlumat yayıb.
“İsrail ordusunun tövsiyəsi və siyasi eşalonun direktivinə uyğun olaraq, bu gün körpələr üçün qida da daxil olmaqla humanitar yardım daşıyan BMT-nin beş yük maşını Kerem Şalom nəzarət-buraxılış məntəqəsindən keçərək Qəzza zolağına daxil olub. Bütün humanitar yardımlar İsrail təhlükəsizlik xidməti tərəfindən diqqətlə yoxlanıldıqdan sonra buraxılıb”, - paylaşımda yazılıb.
Qeyd olunur ki, İsrail Müdafiə Qüvvələri Qəzza zolağına humanitar yardımın çatdırılmasını asanlaşdırmağa və onun HƏMAS hərəkatının üzvləri tərəfindən qarşısının alınmamasını təmin etməyə davam edəcək.
BMT İsrail rəhbərliyinin humanitar yardımın anklava çatdırılmasına icazə verməsi qərarını alqışlasa da, bunu “dənizdə bir damla” adlandırıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












