QHT qanunvericiliyi təkmilləşdirilir; ictimai müzakirə keçirildi - FOTO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində QHT fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı ictimai müzakirə keçirilib.
Agentliyin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, ictimai müzakirədə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadıqov, Agentliyin Müşahidə Şurasının üzvləri və qeyri-hökumət təşkilatları iştirak ediblər.
Müzakirəyə açılış nitqi ilə başlayan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva mövzunun vacibliyini vurğulayaraq bildirib ki, QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericilik sənədlərinin zamanın tələbinə uyğun təkmilləşdirilməsi olduqca vacib məsələdir. Əminik ki, bu gün Agentliyin təşkilatçılığı ilə keçirilən ictimai müzakirə QHT fəaliyyətini tənzimləyən normativ hüquqi aktların daha da təkmilləşdirilməsində faydalı olacaq.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev bildirib ki, ölkədə hüquqi dövlət quruculuğu sahəsində atılan addımlar, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaranması qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericiliyin təkminləşdirilməsini zəruri etmişdir. V.Quliyev ictimai müzakirənin əhəmiyyətini qeyd edərək, iştirakçılar tərəfindən səsləndirilən bütün təkliflərin təhlil ediləcəyini bildirib.
Çıxış edən Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadıqov bildirib ki, Azərbaycanda son illər müşahidə olunan sürətli sosial-iqtisadi inkişaf dövlətlə vətəndaş cəmiyyəti institutları arasında münasibətlər modelinin müasirləşdirilməsini, demokratiyanın dərinləşdirilməsini, milli maraqların qorunması sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təşviqini zəruri edir.
Sonda Agentliyin Müşahidə Şurasının üzvləri - İsrayıl İsgəndərov, Zaur İbrahimov, Günel Səfərova, Nurəddin Mehdiyev, QHT rəhbərləri - “Ekoleks” Ekoloji Hüquq Mərkəzi ictimai birliyinin sədri Samir İsayev, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Vətəndaşların əmək hüquqlarının müdafiə liqasının sədri Sahib Məmmədov, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar ictimai birliyin sədri İlqar Hüseynli, “Demokratiyanı Öyrənmə” ictimai birliyinin sədri Mirəli Hüseynov, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” ictimai birliyinin sədri Əhməd Abbasbəyli, “İctimai İştirakçılığın Dəstəklənməsi” ictimai birliyin sədri Şaban Nəsirov, “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyin sədri Cəsarət Hüseynzadə, “MG Consulting Azerbaijan” ictimai birliyin sədri Məhəmməd Quluzadə, “İnsan Haqları Klubu” ictimai birliyin sədri Rəsul Cəfərov, “Hüquqi Təşəbbüslər Mərkəzi” ictimai birliyin sədri Ziya Quliyev, “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” ictimai birliyin sədri Səadət Bənənyarlı tədbirdə çıxış edərək bildiriblər ki, qanunvericilikdə edilən yeniliklər vətəndaş cəmiyyətinin güclənməsinə öz töhfəsini verəcək.
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək











