“Qırmızı Kitab”a daxil olan heyvanların monitorinqi aparıldı - FOTO
Xəbərlər
19 İyul 2022 13:39

İlisu Dövlət Təbiət Qoruğunun direktoru Azərçin Muradov, Zaqatala Dövlət Təbiət Qoruğunun sahə müfəttişi İlkin Hacıyev, mühafizə yegerləri İlham Məmmədov və Kamran Parqalov tərəfindən Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində Qafqaz maralı (nəcib maral), köpgər, Dağıstan turu və qonur ayı növlərinin monitorinqi həyata keçirilib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Monitorinqlər zamanı adıçəkilən növlərin populyasiyalarının dayanıqlılığı, fərdlərin sayında artım dinamikası müşahidə edilib.
Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil olan Qafqaz maralının ən geniş arealı olan Zaqatala Dövlət Təbiət Qoruğunda (Zaqatala və Balakən rayonlarının inzibati ərazisi) bu mövsüm üzrə vizual müşahidələr nəticəsində 1000 başa qədər fərdin məskunlaşdığı məlum olub.
Qoruq ərazisinin antropogen təsirlərdən uzaq olması, mühafizə tədbirlərinin yüksək səviyyədə təşkil edilməsi səbəbindən Qafqaz maralı, qonur ayı, köpgər, Dağıstan turu növlərini alp-subalp və subnival zonalarda vizual monitorinq zamanı rahatlıqla müşahidə etmək mümkündür.
Oxunub : 1452
DİGƏR XƏBƏRLƏR
30 Sentyabr 2026 23:39
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
30 Sentyabr 2026 22:52
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
30 Sentyabr 2026 21:36
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
30 Sentyabr 2026 19:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
29 Sentyabr 2026 20:53
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
29 Sentyabr 2026 18:53
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
28 Sentyabr 2026 18:47
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
28 Sentyabr 2026 18:23
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
26 Sentyabr 2026 19:52
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
26 Sentyabr 2026 18:12
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
26 Sentyabr 2026 16:19
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
26 Sentyabr 2026 14:47
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ŞƏRH YAZ












