Qlobal nəqliyyat böhranı dəniz daşımalarını kəskin bahalaşdırıb

Qlobal nəqliyyat sektoru Süveyş kanalında cari ilin mart ayında yaşanan tıxacdan sonra özünə gəlməmiş yeni bir problemlə üzləşib – Çin hökuməti koronavirus epidemiyası səbəbindən Yantian dəniz terminalını bağlayıb.
Avtosfer.az-ın "Prime"a istinadən verdiyi məlumata görə, bu səbəbdən Avropaya bir konteynerin göndərilməsinin dəyəri 11 min ABŞ dollara çatıb. Bu, 2020-ci ilin oktyabr ayı ilə müqayisədə 4,5 dəfə çoxdur. Asiyadan Avropaya dəniz nəqliyyatı ilə yükdaşımaları maya dəyərinin keçən ilə nisbətən bir neçə dəfə artdığı qeyd olunur.
"Financial Times"ın məlumatına görə, buna əsasən pandemiya və Çin limanlarının işindəki dayanmalar səbəb olub.
"Freightos" yükdaşımalar üzrə onlayn bazarın məlumatına görə, Asiyadan 40 futluq standart konteynerin Şimali Avropa ölkələrinə göndərilməsi ilk dəfə olaraq 11 min dollardan çox təşkil edir. Mayın ortasında bu qiymət 8,5 min dollar, ötən ilin oktyabrında isə 2 min dollara bərabər olub.
Səbəb – Yantian (Cənubi Çin) iri dəniz limanının işində yaşanan fasilələrdir. Keçən ayın sonunda bir neçə liman işçisində koronavirusun aşkarlandığına görə terminal təxminən birhəftəlik müddətə bağlanmışdı. Hazırda terminalın məhsuldarlığının cəmi 70%-i bərpa olunub.
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək












