QMİ nümayəndəsi, Rus Pravoslav Kilsəsinin baş keşişi və Gəncə Yəhudi Dini İcması birgə bəyanat yayıblar

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov, Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsinin iereyi Varfolomey Denis Sotnikov və Gəncə Yəhudi Dini İcmasının sədr müavini Anar Məmmədov Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejimini kobudcasına pozaraq, cəbhə bölgəsindən xeyli aralıda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutmasını kəskin şəkildə pisləyən birgə bəyanat yayıblar.
Avtosfer.az bəyanatın mətnini təqdim edir:
“Məlum olduğu kimi, Gəncə şəhəri 4 oktyabr 2020-ci il tarixindən başlayaraq davamlı şəkildə raket atəşinə tutulur. Bunun nəticəsində indiyədək 11 mülki şəxs həlak olub, 70-dən çox dinc sakin yaralanıb. 10 yaşayış binası tamamilə dağılıb, 100-lərlə obyektə ciddi ziyan dəyib. Ermənistanın Gəncəyə qarşı hərbi təcavüzü nəticəsində 3 uşaq hər iki valideynini itirib. Gəncədə olan ölkə və yerli əhəmiyyətli tarixi abidələr, mədəniyyət obyektləri, habelə təhsil müəssisələri ilə yanaşı, buradakı dini məbədlərə də ciddi ziyan dəyib. Belə ki, 1887-ci ildə inşa edilmiş Aleksandr Nevski Rus Pravoslav Kilsəsi, XIV əsrin İmamzadə Dini-Memarlıq Abidə Kompleksi də zərər görüb. Çoxmillətli və tolerant ölkə olan Azərbaycan burada yaşayan bütün millət və xalqların ümumi vətənidir. Öz taleyini, öz həyatını bu torpağa bağlayan, əsrlərdən bəri bu torpaqda yaşayan, müxtəlif millətlərdən olub, fərqli dinlərə etiqad edən insanlar – bütünlüklə hamısı azərbaycanlıdır.
Qeyd etmək lazımdır ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi ölkəmizdə yaşayan xalqların içərisinə dəfələrlə ədavət toxumu səpməyə, onlar arasında olan birlik və bərabərliyi pozmağa çalışsa da buna nail ola bilməyib. Onların təxribatları, dinc əhaliyə qarşı törətdikləri hərbi cinayətlər, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, bu torpaq uğrunda şəhidlik zirvəsinə ucalan həmvətənlərimiz aramızda olan birlik və qardaşlıq tellərini daha da möhkəmləndirir.
Biz, Ermənistan rəhbərliyinin təcavüzkar hərəkətlərini, ağır kütləvi qırğın silahlarının dinc mülki əhaliyə qarşı istifadəsini qətiyyətlə pisləyir, beynəlxalq strukturları ikili standartlar siyasətindən əl çəkməyə, təcavüzkar ölkə olan Ermənistana lazımi təzyiq göstərməyə çağırırıq”.
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB
NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR
Azərbaycan neftinin qiyməti rekord həddə bahalaşdı - SON RƏQƏM
Bu yolda sürət həddi endirildi - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq
Bakıda yaşayanlara VACİB XƏBƏR! - Bu gündən etibarən...
Yollarda görünüş MƏHDUDLAŞACAQ - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!
Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola salınıb - FOTO - YENİLƏNİB
5 milyona görə Vasif Talıbovu günahlandırır - Bu məmurların da adı keçir
Dövlən Agentliyi MAXE qəbulu başladı - Yaş və boy bu qədər olmalıdır
Prezident yeni qanun imzaladı - Xərclər qismən geri ödəniləcək










