Qohumlarının öldüyünü gizlədib bir il pensiyasını alıblar - RƏSMİ

“Məhkəmə icraatında olan işlərin təxminən 70 %-i yaşa görə əmək pensiyasına çıxmaqla bağlı müraciətlərdir. Hansı ki, həmin işlər məhkəməyə daşınılır”.
Avtosfer.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının direktoru Abuzər Mütəllimov “Sosial saat”da deyib.
O qeyd edib ki, bu yaşda olan şəxslərin əksəriyyəti sovet dövründə işləyib: “Hansı ki, həmin iş yerləri hazırda mövcud deyil. Vətəndaş müraciət edib əmək kitabçasını təqdim edəndə gedib onu yerində yoxlamaq mümkün olmur. Bəzən vətəndaşlar tərəfindən əmək kitabçalarına müdaxilə edir. Buna qarşı da ciddi mübarizə aparılır.
Digər problem isə əmək pensiyaçısı vəfat edən şəxs barədə müvafiq qurumlara vaxtında məlumat verilməməsidir. Qohumların da ölüm haqqında şəhadətnamənin çıxarılmaması ölən şəxsin pensiyasının dayandırılmaması deməkdir. Elə faktlarla qarşılaşırıq ki, təxminən 6 ay, yaxud 1 il müddətində rəhmətə gedən şəxsin pensiya kartından pul çıxarılır”.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












