Banner

Qondarma rejimin “müdafiə naziri” döyüşlərdə yaralandı

Xəbərlər 27 Oktyabr 2020 12:40
Qondarma rejimin “müdafiə naziri” döyüşlərdə yaralandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qondarma “Dağlıq Qarabağ respublikası”nın “müdafiə naziri” Cəlal Arutyunyan döyüşlərdə yaralanıb.

Avtosfer.az “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə separatçı rejimin “prezident”i Arayik Arutyunyan öz feysbuk hesabında məlumat verib.

O, “general-leytenant” Mikael Arzumanyanı bu vəzifəyə təyin etdiyini bildirib.

Separatçı rejimin “başçı”sı Cəlal Arutyunyanın vəzifədən çıxarılmasına döyüşlərdə yaralanması səbəbindən qərar verildiyini qeyd edib.

Qeyd edək ki, erməni mənbələrində C. Arutyunyanın artıq ölməsi barədə məlumatlar yayılıb.

Oxunub : 1196
ŞƏRH YAZ
Ad

E-mail

Şərh