Qonşusu ilə dalaşan məktəb direktoru cərimələndi

Qəbələ rayonunda qonşusu ilə münaqişə yaşayan Kəlbəcər rayon İstisu qəsəbə sakini 1964-cü il təvəllüdlü Kamil İsmayılov inzibati məsuliyyətə cəlb edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Qəbələdə fəaliyyət göstərən Kəlbəcər Rayon 31 saylı orta məktəbin direktoru olan K.İsmayılova İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.
Belə ki, K.İsmayılovun qonşusu ondan şikayət edərək icazəsiz olaraq həyətinə daxil olduğunu və onları söydüyünü, evdə olan qızı ilə nəvəsinin qorxu keçirməsinə səbəb olduğunu bildirib. Barəsində şikayət edilən şəxs isə qonşunun övladının dostları ilə birgə onun evinə tez-tez daş atdığını, pəncərəni və evin dam örtüyünü sındırdığını deyib. O, bu məsələ ilə əlaqədar qonşuluqda yaşayan ailəyə irad bildirmək məqsədilə həyətlərinə getdiyini qeyd edib.
Qəbələ Rayon Məhkəməsi məktəb direktorunu qeyd edilən protokol üzrə təqsirli bilərək 100 manat cərimə edib və o, sərbəst buraxılıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












