Qriqoryanın ofisi Zəngəzur dəhlizindəki avtomobil yolu ilə bağlı xəbərə münasibət bildirib

Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın ofisi Ermənistanın Azərbaycanla Zəngəzur vasitəsilə avtomobil yolunun marşrutu ilə bağlı razılığa gəldiyinə dair yayılan məlumatları şərh etməkdən imtina edib.
“Adı açıqlanmayan mənbələrin verdiyi informasiyalara münasibət bildirməyi düzgün hesab etmirik”, – deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, “İzvestiya” nəşri adı açıqlanmayan yüksək vəzifəli mənbəyə istinadən yazıb ki, Rusiya Ermənistan və Azərbaycana Zəngəzur dəhlizində avtomobil yolu ilə bağlı razılığa gəlməyə kömək edib. Məlumata görə, avtomobil yolu Ermənistan tərəfindən Araz çayı boyunca keçəcək.
“Qalan hissədə isə 1992-ci ilə qədər Naxçıvanı Zəngilan rayonu ilə birləşdirən keçmiş sovet yollarından istifadə olunacaq”, – deyə mənbə söyləyib.
qafqazinfo
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










