Quba və Qəbələ “İdman Paytaxtı”, Sumqayıt isə “Gənclər Paytaxtı” seçildi - FOTO

Gənclər və İdman Nazirliyinin növbəti kollegiya iclası keçirilib.
Avtosfer.az xəbər verir ki, kollegiyanın sədri, nazir Fərid Qayıbovun sədrliyi ilə baş tutan toplantıda gündəliyə əsasən, 2024-2025-ci illər üçün idman paytaxtlarının və 2025-ci il üçün gənclər paytaxtının seçilməsi məsələləri müzakirə edilib.
Namizəd şəhərlərin nümayəndələri təqdimatla çıxış edərək məlumat veriblər. Təqdimatlardan sonra elektron səsvermə nəticəsində Quba 2024-cü il, Qəbələ isə 2025-ci il üçün “İdman Paytaxtı” seçiliblər.
Kollegiyada həmçinin 2025-ci il üçün Gənclər Paytaxtı da məlum olub. Namizəd şəhərlərin təqdimatından sonra Sumqayıt şəhəri 2025-ci il üçün “Gənclər Paytaxtı” seçilib.
Xatırladaq ki, bu il yanvarın 19-da keçirilmiş Kollegiya iclasında Lənkəran şəhəri 2024-cü ilin “Gənclər Paytaxtı” seçilib.
Dövlət qurumlarının əməkdaşları arasında gələn il keçiriləcək idman yarışlarının planı da müzakirə edilərək qəbul olunub.
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO












