Qubada gənclərlə maarifləndirici görüş keçirildi - FOTO

Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Quba rayon Tibb Kollecində “Narkomaniyaya yox deyək” və “Erkən nikahın fəsadları” mövzularında maarifləndirmə tədbiri keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə RPŞ-nin əməkdaşları, kollecin pedaqoji heyəti və tələbələri iştirak ediblər.
Tələbələrlə görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Mehman Əliyev narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb. Polis rəisi yeniyetmə və gənclərimizə yüksək təhsil almaqlarını, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmalarını, idmanla məşğul olmalarını, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyümələrini, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmalarını və cəmiyyətdə sağlam fərdə çevrilmələrini tövsiyə edib.
Həmçinin, çıxış edən RPŞ-nin xidmət üzrə rəis müavini, polis polkovniki Vüsal Rüstəmov tələbələrə erkən nikahın fəsadlarından bəhs edərək onlara bu mövzuda ətraflı məlumat verib.
Sonda təbələri maraqlandıran suallar cavablandırılıb.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
















