Qubada polisin adından restoranlara qarşı dələduzluq edilib

Qubada polisin adından restoranlara qarşı dələduzluq edilib.
Qubada restoranlardan birinə polis əməldaşının adından yemək sifariş edilib.
Restorana zəng edən şəxs özünü Quba rayon Polis Şöbəsinin əməkdaşı, "kapitan Rəşad" kimi təqdim edərək bildirib ki, işi olduğu üçün özü gələ bilmir, ona taksi ilə yemək göndərilsin. O, ödənişi taksiyə verəcəyini bildirib. Daha sonra üzərində 200 manatlıq əskinas olduğunu deyərək “xırda pul” da göndərilməsini istəyib.
Restoran əməkdaşı sifarişi deyilən ünvana yola salıb. Özünü "kapitan Rəşad" kimi təqdim edən şəxs bir qədər sonra kuryerə zəng edərək yoldan siqaret almağı da sifariş edib, qalan pulu da "M10" kartına vurmasını xahiş edib.
Kuryer onun xahişini yerinə yetirib, Polis Şöbəsinə çatanda məlum olub ki, orada "kapitan Rəşad" adlı şəxs yoxdur, nömrəsinə isə zəng çatmır.
Bu zaman Polis Şöbəsinə digər bir restoranın kuryeri yemək gətirib və "kapitan Rəşad"ı soruşub. Hər iki şəxsin özünü polis kimi təqdim edən şəxs tərəfindən aldadıldığı məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun rəhbəri Xəyal Talıbov APA-ya bildirib ki, fakt araşdırılır: “Bu, Quba rayonunda kibercinayətkarlıq üsulu ilə baş verən ilk hal deyil. İl ərzində Quba rayonunda 27 şəxs kibercinayətkarlıq zəminində dələduzluq şübhəsi ilə saxlanılıb və barələrində müvafiq tədbirlər görülüb”. (apa)
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










