Qubadakı yanğına görə bir nəfər məsuliyyətə cəlb edilib - FOTO

Quba rayonundakı yanğına görə bir nəfər məsuliyyətə cəlb edilib. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Belə ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının apardığı araşdırmalar zamanı hadisənin məsuliyyətsizlikdən və ehtiyatsızlıqdan baş verdiyi müəyyən edilib.
Quba rayon sakini Səxavət Mikayılov ona məxsus həyətyanı sahədə təmizlik işləri apararkən quru otlaq sahəsini yandırıb və nəticədə alov yayılaraq 5 sot quru otlaq sahə və kol-kos yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisə yerinə Quba Rayon Polis Şöbəsinin və yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub.
S.Mikayılovun barəsində İnzibati Xətalar Məcəlləsinin 244-1-ci (Əkin yerinin yandırılmasına görə) maddəsinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilib.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO













