“Qubadlıdan ayaqyalın çıxmışdım, elə də qayıdacağam” - FOTO
Xəbərlər
28 Oktyabr 2020 13:05

“Qubadlı şəhərinin və kəndlərinin işğaldan azad olunması xəbərini Ali Baş Komandan açıqlayanda yerə diz çöküb ağladım. 27 il öncə Qubadlıdan, evimizdən çıxarkən torpağa diz çöküb ağlayırdıq ki, doğma yurdumuzdan ayrılırıq. Bu gün isə o torpaqlara yenidən qayıdacağımız günün sevinc göz yaşları tökürük”.
Avtosfer.az xəbər verir ki, bunu Azvision.az-a açıqlamasında Qubadlı rayonunun Xanlıq kənd sakini Gülbəniz Eminova deyib. Doğma kəndinin işğaldan azad olunmasına sevinən G.Eminova II qrup Qarabağ müharibəsi əlili və ehtiyatda olan hərbiçidir.
“Qubadlıdan çıxanda 24 yaşım var idi. Hərbi xidmətdə idim, 2 il hospitalda tibb bacısı işlədim. Həyat yoldaşım Şirinov Vəli minaaxtaranların komandiri idi. 1993-cü ilin avqustun 31-də Qubadlı işğal ediləndə şəhid oldu. Qubadlının azad olunması mənim üçün ikiqat bayramdır, həyat yoldaşımın qanı yerdə qalmadı. Allah əsgərlərimizi qorusun, onlar düşmənlə üz-üzə durub torpaqlarımızı azad edir. Allah şəhidlərimizə rəhmət etsin. Bu gün mən də qeydiyyatdan keçmişəm və hər an döyüş bölgəsinə getməyə hazıram. Oğlumun 27 yaşı var və o da döyüşə getmək üçün çalışır”.

Sumqayıt şəhərində məcburi köçkünlər üçün salınan şəhərcikdə yaşayan G.Eminova əlavə edib: “Xanlığın videosunu görəndə bir anlıq həmin illər gözümün önündən keçdi. Rayonumuz işğal olunanda oradan ayaqyalın çıxmışdıq, çünki torpaqların işğal ediləcəyini gözləmirdik. Allahdan arzumdur, öz kəndimə, doğma yurduma ayaqyalın qayıdım”.
Qeyd edək ki, Qubadlı şəhəri və bir sıra kəndləri oktyabrın 26-da işğaldan azad olunub.

Oxunub : 1274
DİGƏR XƏBƏRLƏR
18 Oktyabr 2026 18:49
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
18 Oktyabr 2026 17:45
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
18 Oktyabr 2026 17:27
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
18 Oktyabr 2026 15:29
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
18 Oktyabr 2026 14:20
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
17 Oktyabr 2026 16:36
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
17 Oktyabr 2026 15:45
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
16 Oktyabr 2026 19:42
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
16 Oktyabr 2026 16:00
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
15 Oktyabr 2026 22:45
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
15 Oktyabr 2026 18:44
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
15 Oktyabr 2026 18:10
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
ŞƏRH YAZ