Qudyalçay körpüsünün uçması sürücülərə problem yaradıb: DETALLAR - FOTO - VİDEO

Xaçmaz şəhərindən keçən Qudyalçay körpüsünün uçması bu yoldan istifadə edən sürücülərə və insanlara əlavə problem yaradıb. Sentyabıın 15-də körpü uçandan sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə alternativ yol kimi Xaçmaz-Quba yolunun rayonun Armudpadar və Qımılqışlaq kəndlərindən keçən çınqıllı yol təklif edilib. Xanarx kanalının kənarı ilə çəkilən bu yol illərdir istifadə edilmədiyindən yararsız vəziyyətdə olub.
Avtosfer.az xəbər verir ki, uçqundan sonra bu yol genişləndirilib və yola çınqıl döşənib.
Yolun Qımılqışlaq kəndindən keçən hissəsinə yenidən asfalt döşənib və asfalt olan bəzi hissələr bərpa edilib.
Bununla belə alternativ yol buradan istifadə edən nəqliyyat vasitələrinin sürücülərini qane etmir. Onlar yolun çınqıl olan 5 km 300 metr olan hissəsinin də asfaltlanmasını istəyirlər.
Sürücülər yeni körpü istifadəyə verilənədək bu yolda gediş-gəlişin asanlaşması üçün asfalt vurulmasının vacibliyini deyirlər. Çünki pik saatlarında bu yolda böyük növbə yaşanır.
Bizim.Media-nın əməkdaşı həmin yolda olarkən hərəkətin çətin olduğunu müşahidə edib. Körpünün uçması səbəbindən salınan alternativ yol təkcə sürücüləri yox, sərnişinləri də narahat edir. Onlar da taksi və sərnişin avtobusunda gediş haqqının artdığını deyirlər.
Məlumata görə, əvvəl Xudat-Xaçmaz marşrutu üzrə 1 nəfər üçün taksi 1 manat 50 qəpik idisə, indi 3 manat olub. Xudat-Xaçmaz marşrutu üzrə əvvəl 1 nəfər üçün qiymət 80 qəpik idisə, indi 1 manata qalxıb.
Alternativ yolun asfaltlanması səslənən problemlərin aradan qalxmasına səbəb olar. Üstəlik hesab edirik ki, bu yol istifadəyə veriləndən sonra da istifadə edilə bilər.
Xaçmazın və Qubanın yaxınlıqdakı kəndlərinə və Quba istiqamətinə gedən sürücülər bu yoldan həmişə istifadə etsələr, Xaçmaz şəhərində pik saatlarda növbə də azalar.
Hələliksə isə yeni körpünün inşası sürətlə davam edir. Bunu ərazidə olan zaman müşahidə etdik.
Xaçmaz RİH başçısının 1-ci müavini Anar Oruclu açıqlamasında bildirib ki, körpüdə iş sürətlə gedir.
Hazırda Qudyalçayın hər iki istiqamətinə svaylar vurulub. Çayın içində də svay vurularaq beton döşənməsi işləri aparılır.
İş bu ritmlə getsə, noyabrın sonuna tikintinin tamamlanaraq körpünün hazır olması gözlənilir.


Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












