Qudyalçay üzərində inşa edilən yeni körpü istifadəyə verildi - FOTO

İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının uçurduğu Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də Qudyalçay üzərində dağılmış avtomobil körpüsünün yerində yenisinin inşası yekunlaşıb. Uzunluğu 66, eni 14.5 metr olan iki aşırımlı yeni körpü artıq istifadəyə verilib.
Avtomobil körpüsündə piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər bir istiqamət üzrə piyada səkiləri inşa edilib, kənarlarına məhəccərlər quraşdırılıb.
Körpünün istifadəyə verilməsi mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavinləri Anar Oruclu və Bəxtiyar Osmanov, eləcə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin digər vəzifəli şəxsləri və əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, yolda hərəkətin intensivliyi nəzərə alınaraq tikinti işləri fasilə verilmədən yüksək keyfiyyətlə icra olunub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub və tikinti işləri cəmi 3 ay ərzində yekunlaşdırılıb.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO





















