Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Daxili İşlər Nazirliyi (DİN) ilə birgə Qusarda böyük əməliyyat keçirib. Əməliyyatçılara qarşı silah çıxaran terrorçu qruplaşma üzvlərindən bir neçəsi zərərsizləşdirilsə də, başqa üzvlər həbs edilib.
Avtosfer.az xəbər verir ki, terrora hazırlıqda ittiham edilənlərin hamısı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bu işin istintaqını DTX-nin İstintaq baş idarəsi aparır.
Cinayətkar dəstənin üzvləri - Etibar Əhmədov, Rəhim Mirzəbəyov, David Rəşidov, Şərafəddin Mahmudov, Abugül Babayev və Elçin Əlirzayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3, 28,214.2.6-cı (cinayətkar birlik (cinayətkar təşkilat) halında odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində terrorçuluğa hazırlıq) və digər maddələri ilə təqsirləndirilir.
Təkcə qeyd olunan maddələrin sanksiyasında 14 ildən 20 ilə və ya işin hallarından asılı olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
“Meşə qardaşları”ndan təsirlənən şəxslərin cinayətinin təfərrüatı məhkəmə araşdırmasında məlum olacaq.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












