Rahim Hüseynovun ölkədən çıxışına “stop” qoyuldu

Keçmiş səhiyyə naziri Rahim Hüseynovun ölkədən çıxışı məhdudlaşdırılıb.
Avtosfer.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, bu barədə Bakı Kommersiya Məhkəməsinin hakimi Günayə Həşimova qətnamə çıxarıb.
Rahim Hüseynovun ölkədən çıxışına “stop” qoyulması Təfəkkür Universitetinin vergi borcu ilə əlaqəlidir.
İş materiallarından aydın olub ki, Təfəkkür Universitetinin 24 415,41 manat vergi borcu var. Universitet borcu ödəmədiyinə görə Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə üz tutaraq borc ödənilənədək universitetin rəsmi təmsilçisinə “stop” qoyulmasını xahiş edib. Rahim Hüseynov hazırda “Təfəkkür”ün qanuni təmsilçisidir. Beləliklə, o, borc ödənilənədək ölkədən çıxa bilməyəcək.
Qeyd edək ki, Rahim Hüseynov 1992-1993-cü illərdə səhiyyə naziri vəzifəsində çalışıb. 1995-ci ildən Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin prorektoru, Tibbi biologiya, hazırkı Biologiya və təbiət elmləri kafedrasının müdiri vəzifəsində işləyir. Bəzi iddialara görə, R. Hüseynov universitetin əsas təsisçilərindən biridir.
Təfəkkür Universiteti hazırda fəaliyyət göstərmir. 2016-cı ildə universitetin akkreditasiya müddəti bitib. Bundan sonra Elm və Təhsil Nazirliyi universitetin akkreditasiyadan keçirilməməsi barədə qərar qəbul edib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












