Rayon qeydiyyatında olub Bakıda işləyənlərin nəzərinə - VİDEO

Hazırda ölkənin müxtəlif şəhər və rayonlarında İcbari Tibbi Sığorta tətbiq edilir. Lakin həmin rayonlarda qeydiyyatda olub Bakıda işləyən vətəndaşlar icbari tibbi sığortanın xidmətlər zərfindən istifadə etməkdə çətinlik çəkirlər. Aprelin 1-dən etibarən Bakıda da icbari tibbi siğortanın tətbiqinə başlanacaq. Bəs rayon qeydiyyatında olan şəxslərin paytaxtda bu xidmətdən istifadə imkanı olacaqmı?
Rayon qeydiyyatında olub Bakıda yaşayan və işləyən vətəndaşlar paytaxtda icbari tibbi sığortadan istifadə edə biləcəklər.
Hazırda ölkənin 59 şəhər və rayonunda vətəndaşların icbari tibbi sığortanın xidmətlər zərfindən istifadə hüququ var. Amma Bakıda bu xidmətdən istifadə etmək hələ mümkün deyil. İcbari Tibbi Sığorta Agentliyindən Xəzər Xəbərə verilən məlumata görə, Bakıda icbari tibbi sığorta gələn aydan etibarən tətbiq ediləcək.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Aynurə Əhmədova Bakıda yaşayıb rayon qeydiyyatında olan şəxslərin paytaxtda icbari tibbi sığortadan hansı halda istifadə edəcəyi ilə bağlı qaydaları açıqlayıb. Bunun üçün vətəndaş faktiki yaşadığı yer üzrə müvəqqəti qeydiyyata düşməlidir.
Agentlikdən bildirildi ki, vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir.
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO












