Rayonlara gedən sürücülər görün hansı yola əl atdılar - VİDEO

Ötən gün axşam saatlarında Bakının cənub çıxışında yəni Ələt qəsəbəsində qurulan polis postuna yaxın ərazidə sıxlıq yaşanıb. Belə ki, yüzlərlə avtomobil təxminən 8 saat müdətində tıxacda qalıb. Çəkiliş qrupumuzun ərazidəki müşahidələrinə görə, sıxlığı görən və vəziyyətdən sui istifadə edənlər torpaq yola üz tutub. Hər bir sürücünün isə bir məqsədi vardı…Saat 12 olmamış postu keçmək…
Avtosfer.az xəbər verir ki, torpaq yolda sürücülərin qarşısına qazılmış quyular çıxıb. Onlar bu quyuları əlləri ilə basıdırıb ki, üstündən maşınları ilə rahatlıqla keçsin. Və belə də oldu.
Necə deyərlər, dərə-təpə düz gedənlər polisdən yaxasını qurtara bilmədi. Torpaq yoldan gələn hər bir sürücü və sərnişin polis əməkdaşları tərəfindən saxlanıldı.
Onlar barəsində protokol tərtib edildi.
Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidmətinin Şöbə Rəisi Sadin Əsgərov bildirdi ki, torpaq yoldan istifadə edən hər bir şəxs məsuliyyətə cəlb edilib. Ümumilikdə isə 200-ə yaxın sürücü barəsində protokol tərtib edilib.
Sürücülər isə bu yoldan istifadə etmələrinin səbəbini müxtəlif cür izah edirdi.
Magistral yolda qurulan postda isə sıxlığın əsas səbəbi sürücülərin kütləvi şəkildə rayona üz tutması olub. Postun əməkdaşları bildirir ki, bir çox vətəndaşın sənədi üzərində olmadığı üçün proses ləngiyir. Bu hal kütləvi olduğu üçün sıxlıq uzunmüddətli olub.
Qeyd edək ki, Bakı Sumqayıt və Abşeron qeydiyyatında olan sürücü və sərnişinlər də payataxtı tərk etmək istəyib. Həmin şəxslər inzibati məsuliyyətə cəlb olunmaqla geriyə qaytarılıb.
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA










