“Rayonlara getmək üçün bu şəxslərə 2-3 günlük şərait yaradılmalıdır” - Ekspert

"Bakıda yaşayan şagirdlərin və valideynlərinin rayonlara getməsi üçün onlara 2-3 günlük şərait yaratmaq lazımdır”. Avtosfer.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, martın 3-dən etibarən tədris prosesinin dayanması 1.6 milyon şagirdin evdə qalmasına gətirib çıxarıb:
"Mart, aprel aylarında hava şəraiti evdə qalmağa imkan verirdi. Havaların isinməsi indi bunu bir qədər mümkünsüz edir. Digər tərəfdən isə 31 maya qədər tədris prosesində tətil olacaq. Ona görə də valideynlərə, şagirdlərə rayonlara getməyə icazə vermək lazımdır. Onsuz da bölgələrdə karantin rejimi aradan qaldırılıb. Bu onların həm yaşıdları ilə birlikdə onlayn dərs prosesində iştirak etməyə də şərait yaradar. Bundan başqa, 135 min tələbə Bakıda kirayələrdə yaşayır, amma indi bölgələrdədirlər. 3 aydır onlar boş - boşuna kirayə pulu ödəyirlər. Ən azından tələbələrə imkan vermək lazımdır ki, onlar gəlib qaldıqları yerdən əşyalarını götürsünlər. Hətta müəllimlər var ki, repititor kimi paytaxtda fəaliyyət göstərir, amma mövcud qaydalara görə, Bakıya və ya digər iri şəhərlərə gələ bilmir. Bütün bunlarla yanaşı, hesab edirəm ki, şagirdlərin, insanların bölgələrə getməsi üçün onlara 2-3 günlük şərait yaratmaq lazımdır”.
Kamran Əsədovun sözlərinə görə, artıq evdən çıxmadan şagirdlərin uzun müddət qapalı qalması onlara fiziki və psixoloji mənfi təsir göstərə bilər:
"Nəzərə alsaq ki, Bakıda parklara da giriş məhdudlaşdırılıb, deməli, onalrın sərbəst hərəkəti mümkünsüzdür”.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












