Rəisi: “Şimal-Cənub dəhlizi ilə bağlı işlər ciddi şəkildə davam edir”

“Şimal-Cənub dəhlizi ilə bağlı işlər ciddi şəkildə davam edir”
Avtosfer.az -ın xəbərinə görə, bunu İran prezidenti İbrahim Rəisi keçirdiyi mətbuat konfransında deyib.
O, İranın region ölkələri ilə qarşılıqlı əlaqələri barədə bildirib ki, hazırda region ölkələri ilə qarşılıqlı fəaliyyətimizin səviyyəsi 5 dəfəyə qədər artıb.
İ.Rəisi Rusiya ilə strateji əməkdaşlığa da toxunaraq deyib:
"Moskvada və ya prezident Putinin Tehrandakı görüşlərində əməkdaşlığın davam etdirilməsi və maneələrin aradan qaldırılması zərurəti vurğulanıb.
"Şimal-Cənub dəhlizinə gəlincə, nəticə əldə etmək üçün işlər ciddi şəkildə aparılır. Energetika, neft və qaz sahəsinə investisiyalar qoyulur. Onların bir qismi həyata keçirilib. Bu əməkdaşlıq davam edir və bu əməkdaşlığın hərtərəfli planı var ki, konkret nəticə əldə etmək üçün iki ölkənin xarici işlər nazirlikləri arasında ilkin sənəd mübadiləsi aparılıb."
İran Prezidenti sonda Qərblə nüvə məsələsində razılaşmanın prinsipləri haqqında danışıb.
O bildirib ki, nüvə müzakirələrində etibarlılığa zəmanət, sanksiyaların ləğvi üçün obyektiv və praktiki sınaq, sanksiyaların davamlı şəkildə ləğvi və Beynəlxalq Atom Enerji Təşkilatının İranın nüvə proqramına qarşı siyasi iddiaları aradan qaldırılması İranın nüvə məsələsində razılaşma prinsipləridir.(APA)
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO











