"Rembo” ləqəbli Vətən müharibəsi şəhidinin xatirəsi anıldı - FOTO

Azərbaycan Ordusu 44 günlük haqq savaşında qanı ilə tarix yazdı. O tarix ki, Zəfər səhifələrini bəzədi. Bu gün vətəndaş olaraq hər birimizin qürurla söylədiyimiz o tarixi qələbəni bizə bəxş edən oğullardan biri də şəhid Axundzadə Kənan Hamil oğludur.
Avtosfer.az xəbər verir ki, Kənan 1994-cü il avqustun 2-də Lənkəran şəhərinin Girdəni kəndində anadan olub.
2001-2012-ci illərdə Girdəni kənd orta məktəbində təhsil alan qəhrəmanımız 2012-ci ildən Murovda N saylı hərbi hissədə xidmətə başlayıb.
Hərbi xidmətdə olduğu dönəmdə atasının ölüm xəbəri belə onu vətən sevgisindən, vətən eşqindən döndərə bilməyib.
Qətiyyətli iradəsi ilə hərbi xidmətini qüsursuz şəkildə başa vuran Kənan 2014-cü ildə doğma kəndi Girdəniyə qayıdıb.
6 il sonra 2020-ci ilin avqust ayından müddətdən artıq hərbi xidmət keçmək məqsədi ilə yenidən ordu sıralarına qayıdıb.
Vətən müharibəsinin ilk günlərindən cəsurluğu, qorxmazlığı, igidliyi ilə seçilən Kənan döyüş yoldaşları arasında “Rembo” ləqəbi ilə tanınıb. Kənanın qorxmazlığı özünü 2020-ci ilin 30 oktyabrında daha da göstərdi. Döyüşün ən qızğın vaxtında, səngərdən çıxaraq düşmənin üzərinə yeridi. Bir neçə düşmən əsgərini məhv etdi. Elə bu an qarşı tərəfdən açılan atəş nəticəsində sinəsindən güllə yarası alaraq müqəddəs şəhidlik zirvəsinə ucaldı.
Torpaqlarımızın azadlığı uğrunda qanı ilə tarix yazan Kənan Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad edilməsinə gorə” və “Xocavəndin azad edilməsinə gorə” medalları ilə təltif edilib.



Prezident Qırğızıstana gedəcək - Media nümayəndələri yola düşdü
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir - FOTO
Leysan olacaq - XƏBƏRDARLIQ
Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI










