Rəşad Bayramov: “Azərbaycan regionda Astronavtika Konqresi kimi mötəbər tədbirə ev sahibliyi edən ilk ölkədir”
Xəbərlər
30 Sentyabr 2023 14:40

“Azərbaycan regionda Astronavtika Konqresi kimi mötəbər tədbirə ev sahibliyi edən ilk ölkədir”.
Bu sözləri sentyabrın 30-da “Azərkosmos”un Bakı Beynəlxalq Astronavtika Konqresinin keçiriləcəyi məkana mediatur zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib.
O bildirib ki, bu günə qədər Bakı Konqresində dörd mindən çox nümayəndə iştirak üçün qeydiyyatdan keçib:
“Bu, bizim üçün çox sevindirici haldır. Onu da qeyd edim ki, tədbir iştirakçılarının yarıdan çoxunu gənclər təşkil edir. Azərbaycan gəncləri bu sahədə çox aktivdirlər.
Elmi sahədə Azərbaycanın gənc alimləri tərəfindən 200-dən çox elmi məqalə təqdim edilib. Ümumilikdə, konqresə 195 ölkədən 3 500-dən çox elmi məqalə təqdim olunub”.
Oxunub : 1410
DİGƏR XƏBƏRLƏR
15 Noyabr 2026 19:20
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
12 Noyabr 2026 19:04
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
12 Noyabr 2026 18:22
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
12 Noyabr 2026 18:05
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
12 Noyabr 2026 14:36
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
12 Noyabr 2026 12:44
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
ŞƏRH YAZ












