Riyazi “supersavad”: Azərbaycanda dördüncü sinif şagirdi də avtobus sürücüsü ola bilər - VİDEO

Riyazi “supersavad”: Azərbaycanda dördüncü sinif şagirdi də avtobus sürücüsü ola bilər - VİDEO
Azərbaycanda dördüncü sinif şagirdləri üçün nəzərdə tutulan dərs vəsaitində qoyulan məsələ hər kəsi düşünməyə vadar edib.
Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. Belə ki, söhbət dördüncü siniflər üçün riyaziyyat fənni üzrə dərs vəsaiti kimi istifadə olunan nəşrdən gedir.
Valideynlərdən birinin çəkdiyi videoda dərs vəsaitindən bir məsələ işıqlandırılıb. Məsələdə deyilir:
“Siz avtobusun sürücüsüsünüz. Avtobusda 20 sərnişin var. Birinci dayanacaqda beş qadın düşdü, iki kişi mindi. İkinci dayanacaqda üç qadın mindi, bir kişi düşdü. Sürücünün neçə yaşı var?”
Məsələnin cavabı isə “Sizin neçə yaşınız varsa, o qədər” kimi qeyd edilib.
Valideyn məsələnin tərtibatından şikayət edib. O, aidiyyətsiz məsələnin dördüncü sinif şagirdləri üçün təyin edilməsini məntiqsiz adlandırıb.
Məsələ ilə bağlı Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən problemin həlli onların səlahiyyətinə daxil deyil.
Qeyd edək ki, bir müddət bundan öncə daha bir dərs vəsaitində məntiqsiz vəziyyət aşkarlanmışdı. Belə ki, rus bölməsi üzrə 1-ci sinif şagirdləri üçün nəzərdə tutulan riyaziyyat dərsliyində məsələnin rabitəsiz olması səbəbindən 150 mindən çox şagird kitabda Anarı axtarırdı.
İlham Əliyev müraciət ünvanladı
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI











