Rus qırıcısı Türkiyə yaxınlığında: İlk dəfədir ki... - FOTO

Raketlərlə təchiz edilən rus qırıcısı Türkiyənin yaxınlığında görünüb. Rus ordusu eyni zamanda ilk dəfə ABŞ qüvvələrinə bu qədər yaxınlaşıb.
Avtosfer.az xəbər verir ki, Türk dronu- “Bayraqdar-TB2” Ukraynada keçirilən uğurlu hücumda iştirak etdikdən sonra Rusiya Türkiyə ilə sərhədin 3 kilometrliyinə ilk dəfə hərbi təyyarə endirib.Son həftələrdə Suriyada rejimə qarşı olan qüvvələri hədəfə alaraq bombardmanlarını artıran Rusiyaya aid S-35 qırıcısının peyk fotoları da ortaya çıxıb.
Türkiyənin Suriya ilə sərhədindən bir neçə kilometr aralıda yerləşən Qamışlıya enən S-35 qırıcısına yüklənən ortamənzilli R-77 və qısamənzilli R-73 raketləri xüsusilə diqqət çəkib. Yerli qaynaqlar Rusiyaya aid Mi-8 helikoterinin də iki Ka-52 helikopteri müşahidəsində Qamışlıdakı hava limanından Hələbə uçduğunu bildirib.
İngilis mediası PKK/YPG terror təşkilatının Qamışlıya enən rus qırıcısının Suriyanın şimalında yerləşən ABŞ hərbi personalına çox yaxınlaşdığını qeyd edib.
Qeyd edək ki, 2015-ci ilin sentyabrından Suriyada başlayan vətəndaş müharibəsi ilə Rusiya prosesə qatılıb. Ruslar xüsusilə, Himeymim və Tartus bazalarında yerləşib. Moskva bu ilin mayında nüvə raketlərini daşıya bilən Tu-22M3 bombardmançı təyyarələrini ilk dəfə Suriyadakı Hmeymim bazasında yerləşdirib.

Kanal.az
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












