Rusiya – Azərbaycan sərhədində baş verənlərlə bağlı DGK-dən AÇIQLAMA – VİDEO
Xəbərlər
28 May 2020 09:00

“Üç gecədir sərhəddəyəm, qarşımda 100 maşın var”
Kənd təsərrüfatı məhsulları ilə dolu olan yüzlərlə avtomobil Azərbaycan Rusiya sərhədindəki “Samur” sərhəd gömrük buraxılış məntəqəsində qalıb. Baku TV-nin qaynar xəttinə göndərilən kadrlarda yük avtomobillərinin ucsuz bucaqsız növbədə gözlədiyi öz əksini tapıb.
“Qarabağ Transport” şirkətinin rəhbəri Ramil Bəylərovun sözlərinə görə, hətta pandemiya dövründə hər gün azı 200-250 TIR Rusiyaya buraxılırdısa, son bir həftə ərzində gün ərzində cəmi 20-25 maşının keçidinə icazə verilir.
Yük maşınlarında kartof, pomidor, çiyələk və başqa kənd təssərüfatı məhsulları daşınır. Lakin TIR-ların 4-5 gündür sərhəddə gözləməsi məhsulların tələf olmasına gətirib çıxarır. Digər tərəfdən soyducular fasiləsiz işlədiyindən gündəlik 50 litr yanacaq sərf edilir ki, bu da iş adamlarına maddi ziyan vurur.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov isə bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir, hər gün 250-yə qədər yük maşını sərhəddən keçir. Onun sözlərinə görə, yük maşınlarının buraxılması proesduru ənənəvi qaydada davam etdiriləcək.
17:49
Günlərdir kənd təsərrüfatı məhsulları ilə dolu olan yüzlərlə avtomobil Azərbaycan-Rusiya sərhədində qalıb. Baku.TV-nin qaynar xəttinə göndərilən kadrlarda yük avtomobillərinin ucsuz-bucaqsız növbədə gözlədiyi görünür. “Üç gecədir sərhəddəyəm. Qarşımda 100 maşın var”, - deyə sürücülərdən biri bildirib.
Oxunub : 3888
DİGƏR XƏBƏRLƏR
18 Oktyabr 2026 18:49
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
18 Oktyabr 2026 17:45
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
18 Oktyabr 2026 17:27
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
18 Oktyabr 2026 15:29
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
18 Oktyabr 2026 14:20
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
17 Oktyabr 2026 16:36
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
17 Oktyabr 2026 15:45
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
16 Oktyabr 2026 19:42
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
16 Oktyabr 2026 16:00
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
15 Oktyabr 2026 22:45
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
15 Oktyabr 2026 18:44
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
15 Oktyabr 2026 18:10
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
ŞƏRH YAZ












