Rusiya döyüş təyyarələrini Krımdan çıxarır

Krımda baş verən son partlayışlar fonunda Rusiya öz döyüş təyyarələrini Krımdan çıxarmaq qərarına gəlib. Rusiyanın on təyyarəsi yarımadanın ərazisindən çıxarılıb.
Bu barədə məlumatı “Business Insider” nəşri NATO-nun məxfi hesabatlarından əldə edib.
“Rusiya Ukraynadan gələcək hücumların qarşısını almaq üçün Krımdakı hərbi hava qüvvələrini geri çəkəcək”, - deyə sənəddə bildirilir.
NATO-dan bildirilib ki, Rusiya artıq 10 təyyarəsini yarımadadan çıxararaq Rusiyaya yerləşdirib. Bu, altı SU-35S qırıcısı və dörd MiQ-31BM təyyarəsidir.
Bununla belə hesabatda Sevastopol yaxınlığındakı Belbek aerodromunun əhəmiyyətindən bəhs edilir. Rotasiyaya baxmayaraq, aerodromun “Ukraynanın cənubunda və Qara dənizdə hava dəstəyinin təmin edilməsi” üçün əsas nöqtə olaraq qaldığı qeyd edilir.
NATO-nun məlumatına görə, aerodromda 32 Rusiya qırıcısı yerləşdirilib. Onların əsas hissəsi SU-27-lərdir, lakin az sayda SU-35S və MiQ-31BM də var.
Mənbə: UNİAN
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












