Rusiya Elmlər Akademiyasının prezidenti İlham Rəhimovu TƏBRİK ETDİ

Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Mixayloviç Sergeyev Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovu Rusiya Elmlər Akademiyasının akademiki seçilməsi münasibəti ilə təbrik edib.
News24.az xəbər verir ki, təbrik mətnində deyilir:
“Rusiya Elmlər Akademiyasının üzvü, professor İ.M.Rəhimova
Hörmətli İlham Məmmədhəsən oğlu!
Böyük məmnuniyyət hissi ilə bildirirəm ki, Siz Rusiya Elmlər Akademiyasının 2 iyun 2022-ci il tarixli Ümumi yığıncağının qərarı ilə Rusiya Elmlər Akademiyasının akademiki seçilmisiniz.
Bu münasibətlə səmimi təbriklərimi qəbul edin. Rusiya Elmlər Akademiyasının adından Sizə yaradıcılıq nailiyyətləri arzulayıram.
Əminəm ki, birgə fəaliyyətimiz ölkələrimiz arasında gələcək səmərəli əməkdaşlığa töhfə verəcək.
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












