Rusiya mediası bu azərbaycanlıdan yazır - Onlarla insanı belə qurtardı

Novosibirsk sakinləri Azərbaycandan yükləyici Rza Rzayev üçün 70 min rubldan (təxminən 1337 manat) çox pul toplayıblar. O, yanvarın 17-də istilik magistralında fasilə zamanı onlarla insanın həyatını xilas edib.
Şəhərin Leninski rayonu Petropavlovskaya küçəsində kommunal qəza baş verib. Hadisə şahidlərinin sözlərinə görə, 6-7-ci mərtəbəyə qədər yerdən qaynar su bulağı çıxıb. Ən yaxın küçə isti su altında qalıb. Sonradan məlum olduğu kimi, 14 nəfər yaralanıb.
Bildirilir ki, azərbaycanlı yükləyicinin fərasəti olmasaydı, daha çox insan tələfatı ola bilərdi. Rza Rzayev əvvəlcə qaynar su basan yolayrıcından ehtiyatla keçib, sonra isə insanların ondan istifadəsinə köməklik edib. Yükləyici uşaqları qucağında aparıb.
Hadisə sosial mediada böyük əks-səda doğurub. Novosibirskdən olan fəallar həmin şəxs üçün Azərbaycandakı övladlarının yanına uça bilməsi üçün pul yığıldığını elan ediblər. Təşkilatçıların hesablamalarına görə, toplanan vəsait gediş-gəliş biletləri və qızlara hədiyyələr üçün kifayət edəcək. (lent.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












