Rusiya ordusunun şəxsi heyəti 170 min nəfər artırıldı

Rusiya prezidenti Vladimir Putin öz fərmanı ilə Rusiya Silahlı Qüvvələri hərbi qulluqçularının sayını təxminən 170 min nəfər artırıb.
Sənəd Kremlin saytında dərc olunub və imzalandığı gündən qüvvəyə minib.
Belə ki, sənədə əsasən, silahlı qüvvələrin ştatı 2 209 130 nəfər, o cümlədən 1 320 000 hərbi qulluqçu müəyyən edilib. Halbuki, bunadək analoji rəqəmlər 2 039 758 nəfər, o cümlədən 1 150 628 nəfər hərbi qulluqçu olub.
Rusiya Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrinin say tərkibinin artırılması haqqında prezidentin fərmanı ilə əlaqədar səfərbərlik olmayacaq. Artım müqaviləli hərbçilər hesabına mərhələlərlə həyata keçiriləcək.
Qeyd olunub ki, Silahlı Qüvvələrin şəxsi heyətinin sayının artması Ukrayna müharibəsi səbəbindən ölkəyə qarşı təhlükələrin artması ilə bağlıdır. (oxu.az)
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












