Rusiya XİN Arturla bağlı məlumat yaydı

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Gəncədə Artur Mayakovun həlak olması ilə əlaqədar rəsmi "Facebook" səhifəsində paylaşım edib.
Avtosfer.az xəbər verir ki, məlumatda deyilir: “Oktyabrın 17-də raket hücumu nəticəsində yaralanaraq Gəncə şəhər xəstəxanasına gətirilmiş 2007-ci il təvəllüdlü Rusiya vətəndaşı Artur Vasilyeviç Mayakovun oktyabrın 24-də vəfat etməsi barədə Azərbaycanın hakimiyyət orqanları tərəfindən səfirliyə məlumat verilib. Səfirlik Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, mərhumun qohumları və yaxınları ilə əlaqə saxlayır, onlara lazım olan köməyi göstərir.
A.V.Mayakov oktyabrın 24-də Azərbaycan Respublikasının Gəncə şəhərində dəfn edilib. Dəfn mərasimində Gəncənin rus icması başçısının müavini İ.V.Kalaşnikova və Gəncədəki Aleksandr Nevski məbədinin keşişi Varfolomey Ata iştirak ediblər.
Səfirlik bu kədərli hadisə ilə əlaqədar mərhumun qohumlarına və yaxınlarına başsağlığı verir”.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












