Rusiyada dəhşətli qətl: Yeniyetmələr əylənmək üçün adam öldürdülər - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində yeniyetmələr əylənmək üçün 48 yaşlı kişini qətlə yetiriblər.
13-15 yaşlı məktəblilər Liqovski prospektindəki San-Qalli bağında kişiyə hücum ediblər. Onlar kişini darvazanın qarşısında gözləyiblər, sonra onu yerə yıxıb vəhşicəsinə döyüblər və hadisə yerindən qaçıblar.
Kişi özü polisə zəng vurub və təcili yardım çağıra bilib, lakin həkimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları gələnə qədər həyatını itirib.
Yeniyetmələr tez tapılıblar, ölümcül zərbələr vuranlardan ikisi saxlanılıb ki, onlardan biri Özbəkistan vətəndaşı olub. Üçüncünün 13 yaşı olduğu üçün cinayət məsuliyyəti yaşına çatmayıb.
Qatillərin kişini öldürmək üçün heç bir səbəbləri olmayıb. Onlar adama elə-belə hücum etdiklərini deyiblər.
Yeniyetmələrə qarşı ölümlə nəticələnən sağlamlığa qəsdən ağır xəsarət yetirmə maddəsi üzrə ittiham qaldırılıb.
oxu.az
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












