Rusiyada “kişi sözü” verən uşaq özünü 23-cü mərtəbədən atdı - FOTO

Rusiyanın Novoçeboksarsk şəhərindən olan beşinci sinif şagirdi “kişi sözü” verdiyi üçün özünü 23-cü mərtəbədən atıb.
Bu barədə “Mash” “Telegram” kanalı xəbər yayıb.
Bildirilir ki, Makar adlı uşaq intiharının səbəbi ilə bağlı məktub qoyub. Orada Andrey adlı biri ili mübahisəsi, hansısa Sonya ətrafında dramdan danışıb və ata-anasına müraciət edib.
Məktubda uşaq ata-anasını sevdiyini deyir, onların ağlamamasını istəyir.
“Sizdən bir istəyim var, Saşa böyüyənədək onun böyük qardaşı olduğunu deməyin, 18 yaşı olanda deyərsiniz. Ana, çox sağ ol ki, mənə uşaqlığımı bəxş etmisən, ata, xahiş edirəm ağlama, yaxşı?.. Və mən özümü damdan atacağam. Çünki Andreyə demişdim ki, Sonya ilə evlənsən özümü damdan atacağam, ona bunu desən dəqiq özümü atacağam. Andrey mənim sözlərimə inanmadı, zarafat sayıb qıza dedi. Mən də 25-ci mərtəbəyə çıxıram ki, oradan özümü atım. Siz soruşacaqsınız ki, özümü niyə damdan atmışam, mən də deyirəm: çünki kişi sözü vermişdim”.
Hazırda 11 yaşlı uşaq reanimasiyadadır. O, binanın girişində park edilmiş yük maşınının üzərinə düşdüyü üçün sağ qala bilib, lakin aldığı travmalar ağırdır.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












