Rusiyada radarlardan itən helikopterin axtarışına başlanılıb

Rusiyanın Kamçatka diyarında radarlardan itən "Mi-8" helikopterinin axtarışına başlanılıb.
“Report” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, göyərtəsində xilasedicilərin olduğu "Mi-8" vaxtında əlaqəyə çıxmadığı üçün kommersiya tipli “Robinson” helikopterin axtarışa qoşulub.
Helikopterin göyərtəsində Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka ərazisi üzrə idarəsinin Baş Qərargahının axtarış-xilasetmə qrupunun şəxsi heyəti var.
Fövqəladə Hallar Nazirliyi əlavə edib ki, mütəxəssislər fövqəladə xilasetmə işləri üçün bütün lazımi avadanlıqlara malikdirlər.
lkin məlumatlara görə, kommersiya helikopteri şənbə günü Milkovo qəsəbəsindən qeyzerlər vadisi vasitəsilə Uzon vulkanının kalderası istiqamətində havaya qalxıb. Təyin olunmuş vaxtda göyərtəsində üç nəfərin olduğu helikopter əlaqə saxlamayıb. Məlumata görə, helikopterin sükanı arxasında biatlonçu İqor Malinovski olub.
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək












