Banner

Rusiyada təyyarə radarlardan itib

Xəbərlər 21 İyun 2022 16:29 Oxunub 894
Rusiyada təyyarə radarlardan itib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyanın Yakutiya Respublikasında “An-2” təyyarəsi radardan itib.

Məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti də təsdiqləyib.

Bildirilib ki, təyyarənin göyərtəsində üç nəfər olub.

Məlumat üçün qeyd edək ki, “An-2” - sovet istehsalı olan çoxməqsədli təyyarədir.  “An-2” kənd təsərrüfatı, idman, nəqliyyat, təlim, sərnişin təyyarəsi kimi istifadə edilir və bir çox ölkələrin hava qüvvələrinin arsenalında yer alır.

oxu.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh