Rusiyadakı səfirliyimiz: Vəziyyətə görə məsuliyyət Ermənistanın üzərinə düşür

Ermənistan tərəfindən Azərbaycanın mülki obyektlərinin qəsdən atəşə tutulması bir daha göstərir ki, bu ölkə beynəlxalq hüququn əsas normalarına, habelə öz üzərinə götürdüyü öhdəliklərə riayət etmək istəmir.
Bu fikirlər Ermənistanın Moskvada əldə edilmiş atəşkəs barədə razılaşmanın şərtlərinin pozulması ilə əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyinin bəyanatında öz əksini tapıb.
Səfirlikdə xatırladıblar ki, Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyasının Xarici İşlər nazirləri 2020-ci il oktyabrın 10-da saat 12:00-dan etibarən döyüş əməliyyatlarının gedişində həlak olanların cəsədlərinin və hərbi əsirlərin dəyişdirilməsi üçün atəşkəs barədə razılıq əldə ediblər.
Bəyanatda daha sonra deyilir: “Bu sazişin humanitar tərkib hissəsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri əldə edilmiş razılaşmanı kobud şəkildə pozaraq Azərbaycanın Ağdam və Tərtər rayonlarını artilleriya atəşinə tutub, habelə Hadrut və Cəbrayıl istiqamətində hücum cəhdi ediblər. Suqovuşanda erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində bir tibbi xidmət işçisi ağır yaralanıb.
Oktyabrın 11-nə keçən gecə Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən ikinci böyük şəhəri Gəncə Ermənistan tərəfindən şiddətli raket atəşinə məruz qalıb, nəticədə çoxsaylı yaşayış evləri dağılıb, 9 nəfər dinc sakin həlak olub, uşaqlar da daxil olmaqla 34 nəfər müxtəlif dərəcəli ciddi xəsarətlər alıb.
Bununla əlaqədar, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi rəsmi bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, atəşkəs haqqında razılıqdan sonra dinc sakinlərin və şəhərlərin atəşə tutulması məsuliyyətsizliyin daha bir hiddətləndirici nümunəsidir, Ermənistan rəhbərliyinin atəşkəsə çağırışları isə riyakarlıqdan və vaxt qazanmaq cəhdindən başqa bir şey deyil.
Ermənistan tərəfindən Azərbaycanın mülki obyektlərinin qəsdən atəşə tutulması bir daha göstərir ki, Ermənistan beynəlxalq hüququn əsas normalarına, habelə öz üzərinə götürdüyü öhdəliklərə riayət etmək istəmir.
Azərbaycan tərəfi Ermənistanın növbəti təcavüzkar hərəkətlərini qətiyyətlə pisləyir və beynəlxalq birliyi işğalçı ölkə olan Ermənistanı beynəlxalq hüquqa və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət etməyə məcbur etmək üçün təsirli tədbirlər görməyə çağırır.
Regionda yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi










