Rusiyadan Azərbaycana ilk müntəzəm ekspres yük qatarı YOLA DÜŞDÜ

Rusiyadan Azərbaycana ilk müntəzəm yük ekspresi qatarı yola düşüb. İlk müntəzəm yük ekspres qatarı ilə Azərbaycana və İrana yük daşınır.
Avtosfer.az xəbər verir ki, bu barədə Rusiyanın Şimal Dəmir Yolu idarəsi məlumat yayıb.
Məlumatda deyilir ki, Qatar Komi Respublikasının Mikun stansiyasından Samur stansiyasına doğru yola çıxıb.
Qatar Rusiyanın 10 ağac emalı müəssisəsinin məhsullarını daşıyır. Bölgənin müxtəlif stansiyalarında, yəni Çovyu, Koytı, Mejoq və Sıktıvkarda yüklər qatara yüklənib. “Yük Ekspresi” qatarı qrafikə uyğun olaraq, yol boyu vaqonları emal etmədən malların, o cümlədən kiçik həcmli yüklərin sürətli çatdırılmasını təmin edir. Bu da kiçik və orta biznes sahibləri üçün əlverişli imkanlar yaradır.
“Yük Ekspresi” ilə çatdırılma müddəti 9 gündür. Bu da əvvəlki daşıma müddətindən 2 dəfə tezdir.
Məlumatda o da bildirilib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi istiqamətində keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılması üzrə işlər Azərbaycan və Rusiya tərəfindən davamlı olaraq həyata keçirilir.
bizim.media
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












