Rusiyadan Ermənistana hərbi təyinatlı yüklər daşınırmış - VİDEO

Ermənistan Silahlı Qüvvələri üçün xüsusi olaraq Rusiya Federasiyası ərazisində hazırlanan müxtəlif hərbi təyinatlı məhsulların Ermənistan Xarici İşlər Nazirliyinin diplomatik kanalları ilə daşınmasına dair faktiki sübutlar ortaya çıxıb.
Avtosfer.az Apa-ya istinadən xəbər verir ki, hərbi təyinatlı yüklər, müvafiq normativ qaydalara əsasən gömrük baxışından keçmədən, diplomatik yük adı altında Rusiyadan Ermənistana, ordan isə Azərbaycanın işğal altında olmuş ərazilərinə daşınıb.
Daşımalar Moskvanın Domodedovo aeroportundan “Domodedovo Karqo” QSC tərəfindən birbaşa Ermənistanın paytaxtı İrəvan şəhərinə icra olunub.
2023-cü ildə keçirilən lokal antiterror əməliyyatından sonra Xankəndi, Ağdərə və Xocalı şəhərlərində yerləşən Ermənistan Silahlı Qüvvələrinin işğalçı kontingentinə aid olan anbarlarda, sözügedən məhsulların qalıq hissəsi və ən əsası - yüklərin qablaşdırılması aşkar edilib.
Bağlamalarda yer almış məlumatlardan aydın olur ki, təkcə bir növ uniforma - qış gödəkcələrinin sayı 195 qutu kimi qeyd olunub.
Belə olan halda yükün geniş nomenklatura üzrə ümumi həcminin hansı miqdarda olduğunu düşünmək olar.
Təxmin olunur ki, Ermənistanın diplomatik kanallarından istifadə olunmaqla Azərbaycanın işğal altında olan ərazilərinə hərbi təyinatlı yüklər 2020-ci ilin yay aylarından (Tovuz döyüşlərindən sonra) etibarən 44 günlük müharibə zamanı və 09.11.2020-ci ildə bağlanan üçtərəfli atəşkəs bəyanatından sonra gətirilib.
Yəni, bu yüklər Qarabağda onlarla nəzarət-buraxılış məntəqəsi olan Rusiya Federasiyası Sülhməramlı Kontingentinin məsuliyyət zonasına daşınıb.
Onu da vurğulamaq lazımdır ki, diplomatik kanaldan istifadə Ermənistan Silahlı Qüvvələrinin işğalçı kontingentinin (qanunsuz silahlı birləşmələrin) təcili təminatı üçün istifadə olunub və Rusiya Federasiyası buna vasitəçilik edib.
Prezident Qırğızıstana gedəcək - Media nümayəndələri yola düşdü
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir - FOTO
Leysan olacaq - XƏBƏRDARLIQ
Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI










