Rusiyalı oliqarxın yaxtası ada dövlətin sakinləri üçün kabusa çevrilib - FOTO

Karib dənizində yerləşən Antiqua və Barbuda ada dövlətinin sakinləri rusiyalı iş adamı Andrey Quryevə məxsus olduğu ehtimal edilən “Alfa Nero” yaxtasını maliyyələşdirməkdən beziblər.
Ada sakinləri ABŞ sanksiyalarına məruz qalmış yaxtanın saxlanması üçün hər həftə 28 min dollar vergi ödəyirlər. Eyni zamanda da ölkədə vəsait çatışmazlığı yaşanır.
Bununla bağlı “The Wall Street Journal” nəşrində yazı dərc olunub.
“Bu, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar və Rusiyanın müsadirə edilmiş milyardlarla dollarlıq aktivlərinin idarə edilməsində yaranan çətinliklərin üzən bir xatırlatmasıdır. Bu, həmçinin 93 min əhalisi olan kiçik bir ölkə üçün də kabusa çevrilib. Ölkənin nağd pul çatışmazlığı yaşayan vergi ödəyiciləri hazırda yaxtanın saxlanması üçün həftədə 28 min dollar ödəyirlər”, - deyə nəşr qeyd edib.
Bildirilib ki, vətəndaşların ödədikləri vergilərə yaxta kapitanının maaşı da daxildir ki, kapitan gəmidə kondisionerin işini tənzimləmək öhdəliyinə sahibdir. Belə ki, kondisioner söndürüləcəyi təqdirdə iki gün ərzində bütün gəmini kif basır. Məqalədə həmçinin yaxtanın ABŞ-nin sanksiyaları altında olan rusiyalı biznesmen Andrey Quryevə məxsus olduğu da qeyd edilib.
oxu.az
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR










